İcra Başçısından məktəbli forması hədiyyə - Fotolar

icra-bascisindan-mektebli-formasi-hediyye-fotolar
Oxunma sayı: 660

İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən danışıb. A. Əsgərov bildirib ki, rayonda təhsil və təhsil müəssisələrinin vəziyyəti hər zaman ciddi diqqət mərkəzində saxlanılıb, dövlətin qayğısı nəticəsində bu ilin yay aylarında bir çox işlər həyata keçirilib.

Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, 2010-2011-ci tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirib, onlardan 1359 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 763 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 43 nəfəri 600-dən, 12 nəfəri isə 650-dən çox bal toplayıb. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olub. Məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Səbail rayonunun 51 və 91 saylı orta məktəbləri 2010/2011-ji tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibləri olublar.

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olub, müsabiqənin keçirildiyi 4 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 35 nəfəri “Ən yaxşı müəllim” adına layiq görülüblər.

2010-2011-ci təhsil ilinin yekununa görə 6 məzun qızıl və 1 məzun gümüş medal alıblar.

Sonda “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olmuş məktəblərə, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olan müəllimlərə, həmçinin qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması hədiyyə olunub.

Nigar Məmmədli