İcra başçısından Ramazan qadağaları

icra-bascisindan-ramazan-qadagalari
Oxunma sayı: 642

“Qafqazinfo”ya daxil olan xəbərə görə, dindarlar icra hakimi Elmar Vəliyevin məscidlərdə qədr (əhya) gecələrinin və iftar süfrələrinin keçirilməsinə qadağa qoymasına etiraz ediblər.

Redaksiyamıza müraciət edən dindarların sözlərinə görə, dindarlara qarşı təzyiqləri normativ iş halına gətirən Gəncə şəhər İcra Hakimiyyəti Ramazan ayında qadağaları gücləndirib. Belə ki, İcra Hakimiyyətində keçirilən müşavirəyə dəvət olunan din xadimlərinə Ramazan ayı boyunca məscidlərdə iftar süfrələrinin verilməsinə və Qədr (Əhya) gecələrinin keçirilməsinə qəti qadağa qoyulub. Qadağalar sırasına, həmçinin məscidlərin iftardan öncə bağladılması, gecə məscidlərə gəlişlərin qadağan edilməsi də daxildir.

Hazırda xaricdə istirahətdə olduğu deyilən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təlimatı ilə bu addımın atıldığını bildirən rayon rəhbərliyi qadağalara tabe olmayacaq məscidlər barədə ciddi tədbir görülüləcəyini qeyd edib.

Vurğulamaq lazımdır ki, Gəncədə müxalif dindarlarla yanaşı Qazaxlar, Şah Abbas, Qırıxlar məscidlərinin rəsmi ruhanilərinin inzibati orqanlara çağırılıb, təzyiqlərə məruz qalmaları əhali arasında çaşqınlıq yaradıb.