İcra başçısının 1-ci müavininin qohumları yenidən həbs edildi – Şok gəlişmə

<b>İcra başçısının 1-ci müavininin qohumları yenidən həbs edildi – <font color=red>Şok gəlişmə </b></font>
Oxunma sayı: 543


Biləsuvarda baş verən dana oğurluğu və bu hadisənin arxasında dayanan şəxslərlə bağlı məlumatlar artıq ölkə səviyyəsində rezonans doğurub. “Qafqazinfo” saytı rayonda baş verənlərlə bağlı xəbər yaydıqdan sonra ölkənin aparıcı qəzeti “Yeni Müsavat” bölgəyə müxbir ezam etmiş və hadisə haqqında maraqlı materiallar yaymışdılar.

Bu gün isə daha bir neçə maraqlı fakt redaksiyamıza daxil olub. Məlumata görə, dünən Biləsuvarda kütləvi şəkildə dana oğurluğunda ittiham edilən, icra başçısının birinci müavini Akif Kazımovun qardaşı oğlu Rauf Kazımov yenidən həbs edilib. Bu dəfə onu qonşu Salyan rayonunun polis əməkdaşları həbs edib. Məlumatlara görə həbsə səbəb qonşu Salyan rayonunda da oxşar halların baş verməsi və bu işdə sözügedən şəxslərin şübhəli olmasıdır. Hazırda Biləsuvarın İcra başçısının birinci müavininin qardaşı oğlu Rauf Kazımovun Salyan Polis Şöbəsində saxlandığı bildirilir.

Bu arada Biləsuvarda da sözügedən istiqamətdə vəziyyət gərginləşib. Belə ki, icra başçısının birinci müavinin qardaşı oğlunun zaminə buraxılması rayon prokurorluğu tərəfindən etirazla qarşılanıb. Rayonun prokurorluq işçiləri bu qərarın ədalətsizlik olduğunu deyərək məsələyə ciddi etiraz ediblər.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Biləsuvar rayon prokurorunun böyük köməkçisi Vahid Məmmədov bildirib ki, Rauf Kazımov və Cavid Quliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı rayon məhkəməsinə təqdimat vermişdi. Lakin məhkəmə prokurorluğun təqdimatını rədd edərək onların barəsində həbsli olmayan qətiimkan tədbiri seçib.

V. Məmmədov bunun səbəbini açıqlamayıb: “Bunu məhkəmədən soruşmaq lazımdır” .

Böyük köməkçi prokurorluğun məhkəmə qərarında razı olmadığını deyərək apelyasiya protestinin verildiyini bildirib.

Görünən budur ki, artıq mətbuatın məsələ müdaxiləsi öz sözünü deyib və artıq rayon prokurorluğu apellyasiya şikayəti verərək həmin şəxslərin yenidən həbs edilməsini tələb edib.
Xatırladaq ki, Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu kütləvi şəkildə dana oğurluğu ediblər. Onlar rayonda son bir ayda kütləvi şəkildə mal-qara oğurlayıblar. Biləsuvar rayonunda baş vermiş bu hadisənin miqyası getdikcə artıb və bir neçə gün ərzində bütün rayonu ayağa qaldırıb.

Hadisə haqqında rayon polis şöbəsinə şikayətlər olsa da, buna o qədər də ciddi önəm verilməyib. Hətta sakinlərə heç yerə şikayət etməmək tövsiyə edilib. Lakin sakinlər ölçü götürülmədiyini görərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. Nazirliyin məsələyə qarışması nəticəsində araşdırmalara başlanılıb. Həmin ərəfədə Biləsuvar sakinlərindən bir nəfər İrana gedib və hadisə haqqında İrandan Azərbaycanın hüquq-mühafizə orqanlarına teleqram vurub.

Məhz bundan sonra Biləsuvar polisi oğrular haqqında ölçü götürmək qərarına gəlib. Və oğrular elə həmin gün tutulublar. Məlum olub ki, hadisəni Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu törədib. Rauf Kazımov Biləsuvar yanğınsöndürmə məntəqəsində çalışır.

Onlar Xırmandalı kəndində iş başında tutulublar. Hadisənin səhəri gün isə oğuluq baş verən digər yerlərdə çəkilişlər aparılıb və icra başçısının birinci müavininin qohumları oğurluqlarını etiraf ediblər. Onlar oğurladıqları danaları toylara verdiklərini, bazarda satdıqlarını, Bakıya ətliyə göndərdiklərini də ərizələrində yazıblar.

Bütün bunlardan daha sensasiyalısı isə Akif Kazımovun qohumları həbs ediləndən iki gün sonra məhkəmənin qərarı ilə zaminə buraxılıblar.

Hadisə haqqında davamlı məlumatlar verəcəyik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi