İcra başçısının qardaşı haqqında heyrətamiz iddia - Şok

icra-bascisinin-qardasi-haqqinda-heyretamiz-iddia-sok-
Oxunma sayı: 669




Bakı bulvarında intihara cəhd olub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən saat 15 radələrində Dənizkənarı Bulvarın Saat qülləsi yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb.

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb. Onu özünə qəsd etməyə vadar edən səbəb araşdırılır.

Bakı bulvarında intihara cəhd etmiş qadını özünü öldürməyə vadar edən şok səbəb məlum olub. Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən verilən məlumata görə, Eleanora Cəbrayılova bir müddət əvvəl böyrəyini 50 000 dollara satıb. Lakin üstündən xeyli keçməsinə baxmayaraq, ona çatacaq məbləği ala bilmir.

Hazırda qadının ifadəsinin düzgün olub-olmaması araşdırılır.


Bakıda özünü dənizə atan qadından donor böyrək alan adamın şəxsiyyəti məlum olub. Səbail Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, həmin şəxs Səməd Abıyevdir. Hazırda qadının ifadəsinin düzgün olub-olmaması araşdırılır. İfadənin düzgün olacağı halda həmin şəxsi cinayət məsuliyyəti gözləyir.

“Qafqazinfo” xəbər verir ki, hadisədə adı keçən Səməd Abıyev hazırda Daşkəsən rayonunun icra başçısı olan Əhəd Abıyevin qardaşıdır. Qeyd edək ki, Milli Məclisin sabiq deputatı olan Ə. Abıyev və qohumları dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəliblər.