İcra Hakimiyyəti müxalifətə yenə 20-ci sahəni göstərdi

icra-hakimiyyeti-muxalifete-yene-20-ci-saheni-gosterdi
Oxunma sayı: 648

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya bildirib ki, cavab məktubunda aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

T. Yaqublu deyib ki, paytaxt rəhbərliyinin məktubu İP Koordinasiya Şurasının mayın 4-də keçiriləcək iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək.