İctimai Palata normal yer istəyir

ictimai-palata-normal-yer-isteyir
Oxunma sayı: 640

Mətbuat konfransında Müsavat başqanı İsa Qəmbər çıxış edib. Müsavat başqanı bildirib ki, 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün İP üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.

Bundan başqa, İsa Qəmbər deyib ki, bu günlərdə İP-in Koordinasiya Şurasının rəhbərliyi ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşəcək, onunla 6 may mitinqinə normal yer ayrılması barədə müzakirə aparacaq. Daha sonra K.Tarqay hakimiyyət nümayəndələri ilə görüşüb bu məsələni həlli üçün danışıqlara gedəcək.