İctimai Palata yeni seçki keçirəcək

ictimai-palata-yeni-secki-kecirecek
Oxunma sayı: 678

İclasa KŞ üzvü, DEVAMM rəhbəri Hacı İlqar İbrahimoğlu sədrlik edib. İbrahimoğlunun verdiyi məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət, siyasi məhbusların durumu, jurnalistlərə təzyiqlər, İP-in qəbul etdiyi qərarların icrası və qurumun fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

KŞ jurnalist Anar Niftəliyevə təzyiqlərdən narahat olduğunu bəyan edib. Hakimiyyətdən onun və ailəsinin təhlükəsizliyini təmin etməyi tələb edib. İ.İbrahimoğlu siyasi məhbusların vəziyyətinin də müzakirə edildiyini dedi: “Ümid edirik ki, hakimiyyət Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əfv qərarı verəcək və günahsız yerə həbsdə yatan insanları azadlığa buraxacaq”.
KŞ İctimai Palatanın növbəti sessiyasının 2012-ci il, yanvarın 6-da keçirilməsini planlaşdırıb. Sessiyada Koordinasiya Şurasına yeni seçki keçiriləcək. KŞ üzvlərinin sayının artırılması gözlənilir. Hazırda KŞ-nin 13 üzvü var. KŞ hesab edir ki, şura üzvlərinin sayı 15 olsa yaxşıdır. Ötən sessiyada isə sayın 25 olması təklif edilib. İ.İbrahimoğlu bildirdi ki, yaxın vaxtlarda bu haqda son qərar veriləcək.

musavat.com