İctimai Palatada gərgin seçki

ictimai-palatada-gergin-secki
Oxunma sayı: 675

Seçkilərdə çox böyük fəallıq müşahidə edilir. İctimai Palatanın 2012-ci ilə olan ilk iclasını Müsavat partiyasının başqanı İsa Qəmbər açıq elan etdi. Daha sonra dövlət himni səsləndirildi. İsa bəy çıxışı zamanı İctimai Palatanın fəaliyyəti ilə bağlı qısa xronikaya toxundu. Sonra isə İP-in gündəliyi açıqlandı.

***

Sessiyaya sədrlik edən İsa Qəmbər namizədləri bir-bir təqdim etdi. KŞ-ya namizədlər verilən vaxtlardan istifadə edərək seçicilər qarşısında çıxış etdilər.

İctimai Palatanın Koordinasiya Şurasına namizədlər aşağıdakılardır. Hazırda namizədlər İP-in üzvlərinə 3 dəqiqəlik müraciət edirlər.
1 Aqil Həbib oğlu Səmədbəyli - Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasnın sədri
2 Ədalət Həsənağa oğlu Yusubov - Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini
3 Əli Əmirhüseyn oğlu Kərimli - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
4 İbrahim Zeynəddin oğlu İbrahimli - Müstəqil siyasətçi
5 Hacı İlqar İbrahimoğlu - DEVAMM-ın sədri
6 İxtiyar Əliş oğlu Abdalov - Vətəndaş Hərəkatı Forumunun həmtəsisçisi, Azad Müəllimlər Birliyinin Yasamal rayon şöbəsinin sədri
7 İsa Yunis oğlu Qəmbər - Müsavat Partiyasının başqanı
8 Köçəri Adil oğlu Nağıbəyli - Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri
9 Qələndər Şəmil oğlu Muxtarlı - Azərbaycan Millətçi Demokrat Partiyasının sədri
10 Leyla Ağa qızı Əliyeva - Müstəqil politoloq
11 Rahim Bahadur oğlu Hacıyev - “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini
12 Mehriban Əli qızı Vəzir - Yazıçı-publisist
13 Mirvari Üzeyir qızı Qəhrəmanlı - Hüquq müdafiəçisi
14 Pənah Çodar oğlu Hüseyn - Keçmiş Baş nazir
15 Rafiq Hidayət oğlu Manaflı - Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri
16 Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
17 Soltanhəmid Hilal oğlu Məlikov - Fəlsəfə elmləri doktoru
18 Vaqif Mustafa oğlu Hacıbəyli - Müstəqil hüquqşünas
19 Vidadi Mircəlil oğlu Mirkamal - Ədliyyə generalı
20 Zəfər Hüseyn oğlu Quliyev - Müstəqil politoloq, analitik

***

Namizədlərdən bəziləri çıxış edərək özlərini təqdim edib, İP haqda fikirlərini səsləndiriblər. Onlardan bəziləri...

KXCP üzvü Ədalət Yusifov təmsil etdiyi partiyanın İP-də təmsil olunmayacağı haqda söz-söhbətləri təkzib etdi və KXCP mübarizəni yalnız İP daxilində gördüyana dedi: "KXCP-nin İP-də təmsil olunan, prinsipial üzvləri yenə də burdadır. KXCP mübarizəni yalnız İP daxilində görür və sona qədər sizinlə bir yerdə olacaq”.

Müstəqil siyasətçi İbrahim İbrahimli: "2011-də siyası hadisə kimi qeyd edə biləcəyimiz yeganə hadisə İP-in öz gücünü göstərməsidir. Azərbaycanda İctimai Palatasız dəyişiklik olmayacaq. Azərbaycanın milli maraqlarını düşünənlər, prinsipial və mübariz qüvvələri İP-ə yığışıb və bura da yığışmalıdırlar".

Qələndər Muxtarlı: "Azərbaycan müxalifətinin güc mərkəzi İctimai Palatadır. Təmsil etdiyim Bozqurdlar partiyasının burda təmsil olunması da hesab edirəm ki, ümumi işimizin, mübarizəmizin xeyrinə olacaq".

Rahim Hacıyev: "Özümü antiq cəbhəçilərdən hesab edirəm. Bir ildir ki, "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirəm. Bu qəzetin fəaliyyəti, tutduğu mövqe barədə məlumatınız var. İctimai Palata bizim müdafiə etdiyimiz dəyərlərin Azərbaycanda bərqərar olması uğrunda mübarizə aparan güc mərkəzidir. Bu baxımdan bizim qəzetin də burada təmsil olunmağı təbiidir. Birgə mübarizəmizdə hər birimizə uğurlar".

Mehriban Vəzir: "Cəmiyyətin nəbzini yoxlamaq istəyənlər İctimai Palataya gəlsin və görsün ki, bu cəmiyyət hələ diridir. Qarşımıza qoyduğumuz hədəflərə İctimai Palatada birgə mübarizəmizlə nail olacağıq".

***

Namizədlərin təqdimatı sırasında Pənah Hüseyn söz alaraq deyib ki, seçkilərdə səsvermənin gizli keçirilməsi demokratiyanın başlıca cəhəti olsa da, o, İP KŞ-yə seçilmək üçün kimlərə səs verəcəyini açıq elan etmək istəyir: "Mən Koordinasiya Şurasının əvvəlki tərkibinə, özüm də içərisində olmaqla və yeni namizədlərdən İbrahim İbrahimliyə, Vaqif Hacıbəyliyə, Leyla Əliyevaya və Qələndər Muxtarlıya səs verəcəm".

İP KŞ-yə namizədlərin təqdimatı başa çatdı. 17 yerə 20 namizəd irəli sürülüb. İ.Qəmbər səsvermə bülletenlərinin hazır olduğunu dedi və səsvermənin qaydası haqda qısa xatırlatma etdi. Səsverməyə hazırlıq başlanıb.

***

Hacı İlqar İbarhimoğlu İctimai Palatanın ötən 1 aydakı sədri kimi çıxış etdi. O, ötən dövrdə İctimai Palatanın gördüyü tədbirlərdən, keçirdiyi icitimai müzakirələrdən danışdı. O, həmçinin, son vaxtlar İslam dini, inanclı kəsimlə bağlı cəmiyyətdə gedən ziddiyyətli diskusiyalara toxundu və inanclı kəsimi demokratik qüvvələrlə zidd mövqedə təqdim etməyin doğru olmadığını dedi.

***

AXCP sədri Əli Kərimli çıxış edərək İctimai Palatanın tərkibinin genişlənməsi məsələsinə toxundu. O, daha sonra ötən 1 ay ərzində baş verən bəzi olaylara dəiqqət çəkərək münasibət bildirdi. AXCP sədri yazıçı Rafiq Tağının qətlindən 2 aya yaxın vaxt keçsə də, qətlin üstünün hələ də açılmadığını, istintaqın susduğunu xatırlatdı və buna görə hakimiyyəti qınadı.

Əli Kərimli ötən dövrdə yeni əfv fərmanının verildiyini, lakin yenə də bütün siyasi məhbusların azad edilmədiyini, onlardan yalnız birinin siyahıya salındığını qeyd etdi.

AXCP sədri Fransa parlamentində saxta erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanunun müzakirəsi məsələsinə də toxunaraq bunu pislədi.

AXCP sədri dedi ki, prinsipləri olmayan, dəyərlər üzərində qurulmayan diplomatiya uğur qazana bilməz. "Biz Avropalı tərəfdaşlarımızla açıq danışmalıyıq. Biz Avropaya inteqrasiya olunmaq istəyirik, amma milli kimliyimizlə, inanclarımızla, qürurumuzla. Bunları qurban verməklə yox", -deyə o bildirdi.

musavat.com