İctimai Palatadan daha bir istefa

ictimai-palatadan-daha-bir-istefa
Oxunma sayı: 662

Sədr müavini “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun istefası birdən-birə meydana çıxmayıb. O, bunun səbəblərinə aydınlıq gətirib: “İctimai Palata yarananda biz bu qurumun vətəndaş hərəkatına çevriləcəyini gözləsək də, hazırda orada mərkəzdən qaçma, mitinqlərin sönükləşməsi prosesi gedir”.

İP-da hər hansı perspektiv və vətəndaş hərəkatına çevrilmə perspektivi görmədiyini deyən sədr müavini onu da qeyd edib ki, İP-da qazanc yalnız 14 siyasi məhbus oldu: “Son dövrlər mətbuatda gedən İctimai Palatanın daxili intriqaları, Pənah bəyin müsahibəsi, dostlarımızdan birinin Kanal D-də verdiyi müsahibəsində bu “AXCP-Müsavat”ın blokudur ifadəsini işlətməsi buna gətirib çıxardı ki, bu qurumda qalmaq mümkünsüz oldu. Onlara bu birlikdə uğurlar arzulayıram”.

Fatimə Kərimli