İctimai Palatadan gənclərin 17 mart aksiyasına dəstək

ictimai-palatadan-genclerin-17-mart-aksiyasina-destek-
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, İctimai Palata hesab edir ki, ölkədə demokratiyanın bərqərar olmasının bir yolu da Azərbaycan gəncliyinin fəal mövqe nümayiş etdirməsindən, ictimai-siyasi proseslərdə aktiv iştirakından keçdiyini bildirib.

Bu məqsədlə təşkilatın Koordinasiya Şurası martın 17-də gənclərin bir araya gələrək konstitusion hüquqlarından istifadə edərək aksiya keçirməsini pozitiv hadisə kimi dəyərləndirib.

İctimai Palata bütün gəncliyi 17 mart mitinqinə diqqət ayırmağa, ölkənin problemlərinə biganə qalmayaraq hüquq və azadlıqların müdafiəsi üçün təşkil edilən mitinqdə iştiraka çağırıb.

İctimai Palata Azərbaycan hökumətinə də çağırış edərək gənclərin sərbəst toplaşmaq hüququna hörmət bəsləməyi, onların dinc və maneəsiz aksiya keçirməsinə şərait yaratmağı tələb edib.

Sədan