İctimai Palatanin aksiyası təxirə salındı

ictimai-palatanin-aksiyasi-texire-salindi
Oxunma sayı: 659

Bu barədə APA-ya İctimai Palatanın katibi, Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, bu gün saat 15.00-a təyin olunan aksiyanın keçirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə cavab verilməyib: “Aksiyanın təşkilat komitəsi Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratmaq istəsə də, buna nail ola bilmir. İH rəsmiləri qanunsuz olaraq yayınırlar. Yanvarın 25-də müraciət etsək də, hələ cavab verilməyib. Bu, o deməkdir ki, aksiyanın keçirilməsi razılaşdırılmayıb”.

G. Aslanlı deyib ki, aksiyanın başqa vaxt keçirilməsi nəzərdə tutulur: “İctimai Palatanın Koordinasiya Şurasının növbəti yığıncağında bu məsələ müzakirə olunacaq və qərar veriləcək”.

İP-dən musavat.com-a daxil olan press-relizdə bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin mövqeyi Fransa Senatının qəbul etdiyi anti-türk və anti-Azərbaycan qanununa qarşı ictimaiyyətin zamanında etiraz bildirmək istəyinin qarşını almağa yönəlib və bu mövqe milli maraqlara ziddir.
İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yol verilən bu qanunsuzluğu qətiyyətlə pisləyir, Türkiyə və Azərbaycanın dövlət maraqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş metodlarla mübarizə aparmağın zəruri olduğunu və bunun həm də iqtidarın borcu olduğunu bəyan edir.