İctimai Palatanın iclasında Rafiq Tağıya görə qalmaqal – Din və demokratiya

ictimai-palatanin-iclasinda-rafiq-tagiya-gore-qalmaqal-din-ve-demokratiya-
Oxunma sayı: 642





Bu gün Müsavat Partiyasının qərargahında baş tutan İctimai Palatanın növbəti sessiyasında bəzi müxalifətçilərlə, diniyönümlü İP yetkililəri arasında qalmaqal yaşanıb. Belə ki, öz çıxışında prezident İlham Əliyevi Aşura gününü qeyri-iş günü elan etməyə səsləyən Pənah Hüseynin sözləri bəzi müsavatçılarda narazılıq doğurub. “Qafqazinfo”nun məlumatına görə, daha sonra Rafiq Tağının qətlinə İP-in münasibət bildirməli olduğunu deyən müsavatçılarla Hacı İlqar arasında toqquşma yaşanıb. Rafiq Tağı məsələsinin gündəmə gəlməsinə icazə verməyən Hacı İlqarın İP-də bu dərəcədə nüfuz sahibi olması, müsavatçıların qəzəbinə səbəb olub.

Hadisə ilə bağlı rəyini soruşduğumuz Müsavat üzvü, yazıçı Əli Əkbərin məsələyə münasibəti çox sərt oldu. “Avtoritarizmlə mübarizə aparan demokratik müxalifətin yaratdığı İP-da, bu gündən şəriət qanunlarının işləməyə başladığını deyən Əli Əkbər, “Rafiq Tağının qətlinə münasibət bildirmək üçün hacılardan, mollalardan icazə alan müxalifətə görə xəcalət çəkirəm” dedi. “Gənclər təşkilatları şəhərin mərkəzində əsgər ölümlərinə etiraz olaraq aksiya keçirdikləri, polislə toqquşduqları dəqiqələrdə, İP-in sessiyasında qaragüruh meydan sulayırdı. Ayıbdır. İP aşuranın müzakirə edildiyi yerdimi? Demokratik qüvvələr Rafiq Tağının qətlini pisləmək üçün mollalardan icazəmi almalıdır?”