İctimai Palatanın tələbi

ictimai-palatanin-telebi
Oxunma sayı: 683

“İctimai Palata Fransada sözdə erməni genosidinin inkarına görə cəza müəyyən edilməsini nəzərdə tutan qanunun qəbul olunmasın qətiyyətlə pisləyir. Mövcud dövlətlərarası konfliktlətin, o cümlədən Türkiyə - Ermənistan və Azərbaycan- Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün səylər göstərildiyi, kompromislər, həll yolları arandığı bir zamanda bu qanun münaqişələriin uzanmasına, körükləmənsinə, təcavüzkarın şirnikləndirməsinə xidmət edir və müharibə təhlükəsini artırır.
Azərbaycan xalqı həmişə olduğu kimi bu gün və bu məsələdə də qardaş Türkiyənin yanındadır və yanında olacaqdır. Eyni zamanda İctimai Palata bəyan edir ki, bu üzdəniraq qanunu yalnız Türkiyəyə qarşı yox, həm də Azərbaycanın əleyhinə yönəlmiş düşmənçilik aktı kimi qəbul edir.
Bununla əlaqədar İctimai palata Azərbaycan iqtidarı və dövlət başçısı İ. Əliyevin bu qanunun qəbul edilməsinin qarşısının alınması üçün tələb olunan bütün mümkün addımları atmadığını təəssüflə qeyd edir.

İctimai Palata təlb edir ki:
- Türkiyəyə birmənalı və hərtərəfli, şərtsiz dəstək nümayiş etdirilsin.
- Azərbaycan-Ermənistan münaqişənin nizamlanmasında Minsk qrupu həmsədri Fransanın vasitəçiliyindən imtina olunsun, vasitəçilər sırasına Avropa Birliyi və Türkiyənin daxil edilməsi təklif edilsin.
- Fransa ilə iqtisadi və ticarət, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın davamı və inkişafının mümkün olmayacağı bəyan edilsin və bunula bağlı müvafiq qərarlar verilsin.
- Milli Məclisdə Fransa parlamenti ilə dostluq qrupunun buraxılması, fransız mükafatları olan azərbaycan vətəndaşlarının bu mükafat və imtiyazlardan imtinası məsələləri nəzərdən keçirilsin.
- Azərbaycanda Türkiyə maraqlarını və Türkiyədə Azərbaycan maraqlarını nəzərə almayan siyasət və təbliğat aparılması ziyanlı hesab edilsin.
- İP Xarici Bürolarına həvalə edilsin ki, Fransanın qəbul edilmiş qanunla bağlı etiraz aksiyalarında türk diasporu ilə bir yerdə iştirak etsinlər və müstəqil aksiyalar təşkil etsinlər.
- Azərbaycan hökuməti tərəfindən bu sahədə öz hərəkətlərini Türkiyə ilə daha sıx surətdə sinxronlaşdırmaq və razılaşdırmağa, bu məqsədlə təcili olaraq Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurasının yüksək səviyyədə toplanmasına təşəbüs göstərməsi bir daha tələb olunsun.
- Azərbaycan hökuməti bu addımı atmayacağı təqdirdə Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurasının yüksək səviyyədə toplanmasına təşəbüsün Türkiyə hökuməti tərəfindən göstərilməsi məqsədəuyğun sayılsın.
- Erməni lobbisinin bütün dünya boyu apardığı antitürk, antiazərbaycan kampaniyasını genişləndirdiyini nəzərə alaraq problemlə bağlı 2015 –ci ilə qədər Azərbaycan- Türkiyə Birgə Tədbirlər Proqramı hazırlansın və həyata keçirilsin.

İctimai Palata mövqeyinin haqqa və ədalətə, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquqa söykəndiyinə əmin olduğunu və buna görə də birgə və məsuliyyətli qərarlar və addımlarla söz və ifadə azadlığının məhdudlaşdırılmasına, beynəlxalq münasibətlərin gərginləşməsinə yönəlmiş bu tipli müdaxilələrin qarşısının alınıb dəf ediləcəyinə inandığını bir daha bəyan edir”.