“İctimai Palatanın xalqa heç bir aidiyyatı yoxdur”

ictimai-palatanin-xalqa-hec-bir-aidiyyati-yoxdur
Oxunma sayı: 663


“Qafqazinfo”nun məlumatına görə, bunu deputatlığa keçmiş namizəd, teleaparıcı Turan İbrahimov deyib. O bildirib ki, reallıqda İctimai Palata və ona üzv olan şəxslər heç bir gücə malik deyillər: “Çünki onların bütün hay küylü, pafoslu vədlərindən, şantajlarından sonra heç bir kütləvi, çox sayda insanların qatıldığı aksiya keçirə bilməmələri onu sübut edir ki, İctimai Palatanın xalqa, xalqınsa bu quruma heç bir aidiyyatı yoxdur. Məhz bugünkü cəhdlərinin də alınmaması açıq-aşkar onu sübut edir ki, heç bir ölkədə, heç bir siyasi qurum, müxalif fəallar geniş xalq kütlələrinin dəstəyi olmadan proseslərə ciddi təsir etmək, siyasi iddialarına nail olmaq iqtidarında deyil. Əlavə olaraq hər növbəti mitinq cəhdlərində tərəfdarlarının sayının getdikcə azalması da onu göstərir ki, təsir altına saldıqları, başda gənclər olmaqla, insanlar da onlara olan inamlarını itirirlər”.