İctimai Televiziyanın çəkiliş qrupu ağır qəzaya uğradı

ictimai-televiziyanin-cekilis-qrupu-agir-qezaya-ugradi
Oxunma sayı: 650

Qəza zamanı verilişin müxbiri Azər İsrafilov, operator və sürücü ağır xəsarət alıblar. A.İsrafilovun vəziyyəti daha ağırdır. Onun 2 qabırğası sınıb. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Sözügedən verilişin rəhbəri Pərviz Abubəkirov portala açıqlamasında faktı təsdiqləyib. Lakin o, bildirib ki, hadisənin yaranmasına səbəb arxadan gələn avtomobil olub.