İctimai Televiziyaya ayrılan pullar yoxlanılacaq

ictimai-televiziyaya-ayrilan-pullar-yoxlanilacaq
Oxunma sayı: 645

Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılmış vəsaitlərin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə Rəy və Hesabatlar geniş müzakirə edilərək təsdiq edilib. Kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Nigar Məmmədli