II İlya Gürcüstan parlamentinə qarşı

<b>II İlya Gürcüstan parlamentinə qarşı</b>
Oxunma sayı: 146

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 1-də parlamentdə qanun layihəsinin birinci oxunuşu həyata keçirilib. II İlya isə bu layihənin əleyhinə bəyanat verib. Bəyanatda bildirilib ki, parlament qanunun ikinci və üçüncü oxunuşda qəbul olunması prosedurunu dərhal dayandırmalıdır. Onun sözlərinə görə, bu məsələ barədə heç olmasa televiziya efirində ictimai müzakirələr keçirmək lazımdır. Patriarx bildirib ki, əhalinin əksəriyyəti pravoslav xristianlarıdır və pravoslav kilsəsi ilə konsensus əsasında ictimai rəy yaratmaq lazımdır.

Gürcüstan Parlamentinin qərarına əsasən hüquqi status ermənilərin Apostol Kilsəsi, Roma katolik kilsəsi, Müsəlman və Yəhudi icması və Gürcüstanda Baptist kilsəsinə verilə bilər. Qanun layihəsinin ikinci və yekun oxunuşu sabah keçiriləcək.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi