İki dəfə ölüb-dirilən türk əsgərinin ürəyi əbədi dayandı

iki-defe-olub-dirilen-turk-esgerinin-ureyi-ebedi-dayandi
Oxunma sayı: 680

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yumakın cənazəsi bu gün keçiriləcək hərbi mərasimdən sonra torpağa veriləcək.

Qeyd edək ki, ilk hücum zamanı ağır yaralanan 30 yaşlı Əhməd Yumak şəhid elan edilsə də sonradan xəstəxanada həkimlərin səyi nəticəsində onun ürəyi yenidən döyünməyə başlayıb. Təyyarə ilə Diyarbəkir Hərbi Xəstəxanasına götürülən əsgərin ürəyi yenidən dayanıb. Həkimlərin sayəsində ürəyi yenidən işləyən Yumak oradan da Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib. Lakin dünən gecə saatlarında ürəyi yenidən dayanan Yumak şəhid olub.