İki dövlət arasında pendir qalmaqalı - Fotolar

iki-dovlet-arasinda-pendir-qalmaqali-fotolar
Oxunma sayı: 661

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbər görə, tədbirin qızğın vaxtı zala Yuxarı Ladanın deputatı Oleq Lyaşko daxil olub və rusiyalı nazirə pendir və kolbasa yedizdirməyə çalışıb.

Lyaşko Q.Onişenkonun ünvanına təhqiredici ifadələr işlədib və qışqırmağa başlayıb: “Mənə toxunmayın! Mən ukraynalı deputatam! Sizin mənə toxunmağa haqqınız yoxdur!”. Daha sonra o, Onişenkonun üstünə ərzaqla dolu paket tullayıb: “Budur, ye! Bu bizim Ukrayna pendiridir! Ən yaxşısından! Bu bizim kolbasadır! Sən öz ukraynalı soyadınla Rusiyada bizim pendirə necə qadağa qoya bilərsən?”. Daha sonra ukraynalı deputatı Onişenkonun yanında əyləşir. Baş verənlərə reaksiya verən Onişenko Lyaşkonu “qanacaqsız” adlandırıb, jurnalistlərdən üzr istəyərək zalı tərk edib.

Qeyd edək ki, Onişenkonun Ukraynaya səfəri iki ölkə arasında yaranan ərzaq probleminin həllinə yönəlmişdi. İlin əvvəlində başlayan “pendir problemi” Lyaşkonun yaratdığı qalmaqala baxmayaraq həll olunub. Artıq Ukrayna pendirinin Rusiya piştaxtalarına qaytarılması üçün sərhəddə heç bir problem olmayacaq.

Səidə