İki dövlət qurumu bir-birinə qarşı çıxdı

iki-dovlet-qurumu-bir-birine-qarsi-cixdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, İsrailin sol təmayüllü “Haaretz” qəzeti xarici işlər naziri Aviqdor Liebeman Mossadın onlara məlumat vermədən Türkiyə ilə əlaqə qurmasından narahat olduğunu yazıb.
Qəzet yazır ki,xüsusi xidmət orqanını bir neçə dəfə xəbərdar etməsinə baxmayaraq, cavab ala bilməyən xarici işlər naziri bütün əməkdaşlarına Mossadı boykot etmək əmri verib. Bununla da kifayətlənməyərək, cümə günü Netanyahu ilə görüşüb şikayətlərini çatdırıb. Qaydalara görə, İsrailin tanıdığı ölkələrlə xarici işlər nazirliyinin, tanımadığı ölkələrlə Mossadın görüşdüyünü xatırladaraq kəşfiyyatçıların buna əməl etmədiklərini xatırladıb.
Lieberman Mossadın Türkiyə ilə gizli görüşlər keçirdiyini söyləyərək bu görüşlərin dayandırılmasını tələb edib. Baş nazir Netanyahu bundan sonra bazar günü Lieberman və Mossadın direktoru Tamir Hardonu bir araya gətirərək razılaşmalarını istəyib. Qəzetin yazdığına görə, Lieberman hər iki tərəfin məsuliyyətini kağız üzərində yenidən bölüşdürülməsi şərtiylə baş nazirin təklifini qəbul edib.