İki düşmənin Azərbaycan üzərinə ittifaqı

iki-dusmenin-azerbaycan-uzerine-ittifaqi
Oxunma sayı: 680

“ İran Azərbaycan hakimiyyəti qarşısında niyə səssizdir?” sualını verən “İran Azərbaycan hakimiyyəti qarşısındakı səssiz olmamalıdır” sözlərinin sahiblərini bir-biri ilə qarşılaşdırdığımızda; İran-Azərbaycan münasibətinin mahiyyəti haqda və İrandakı reformcu və mühafizəkarların bir-biri ilə qanlı çəkişmələrinə baxmayaraq Azərbaycan mövzusunda nə qədər bənzər və ya ən doğrusu eyni nöqtədə olduqlarını görürük. Aşağıda iki yazının linkini verirəm. Azərbaycan haqda fikir bənzərliklərinə şaşıracaqsınız.

Birinci yazı İr-diplomasi sayıtından. İr-diloması Sadıq Xərrazi tərəfindən idarə edilir. Sadıq Xərrazi reformcu diplomatların ən tanınmış simalarından. İr-diplomasi Əhmədinejad sonrasında hakimiyyətdən uzaqlaşdırılmış diplomatlardan təşkil tapır. Mühafizəkarların Sadıq Xərrazi haqda münasibətləri o qədər mənfidir ki, Xamənəyinin bütün israrına baxmayaraq ona görəv vermədilər. İr-diploması həftəlik yorumunda Azərbaycan hakimiyyətini din və İslam düşmənliyi ilə günahlandırır . “İran Azərbaycan hakimiyyəti qarşısında niyə səssizdir?” sualını verərək “İran Azərbaycan hakimiyyəti qarşısında səssiz olmamalıdır və İran mütləqa Azərbaycanın daxili işlərinə qarışmalıdır”.

www.irdiplomacy.ir

İkinci yazı Ruhllah Becanidən. Becani mühafizəkarların ən radikal qanadı olan Ənsar Hizbullah axımına bağlı. Ənsar Hizbullahçılar reformcuların düşmənləri olduğu bir gərçək. Becani əvvəllər tanınmazdı. Azərbaycana saldıraraq məşhur oldu. Becani İran prezidenti Əhmədinejada məktub yazaraq İran Azərbaycan hakimiyyəti qarşısında niyə səssizdir?” sualını verərək “İran Azərbay hakimiyyəti qarşısında səssiz olmamalıdır və İran mütləqa Azərbaycanın daxili işlərinə qarışmalıdır”. “Azərbaycan ölkəsi İsrail yuvası və Azərbaycan hakimiyyəti də İslam düşmənidir” deyir Becani. Becani “Azərbaycanın (Quzey) Təbrizdəki konsulluğunun casus yuvası və İsraillərin yuvası olduğu” üçün dağıdılmasını istəyir.

http://shayegh.ir

İki yazının özətini verdim. İran daxili siyasətində bir-birinə qanlı düşmən olanların Azərbaycan mövzusunda eyni nöqtədə olmaqları hər tərəfli analizə möhtac bir məsələ.