İki gizirimiz öldü

iki-gizirimiz-oldu
Oxunma sayı: 655

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Horadiz şəhərində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında iki hərbçi həlak olub. Ölən hərbçilər “N” saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı “VAZ-2106”-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.