İki nəfəri sinəsindən bıçaqladılar - Kriminal xəbərlər

iki-neferi-sinesinden-bicaqladilar-kriminal-xeberler
Oxunma sayı: 748

İyulun 26-sı saat 08:45 radələrində, E.Qasımov küçəsində Neftçala rayon sakini Rövşən Əhədov mübahisə zəminində Bakı şəhər sakini Məqsəd Həsənova döş qəfəsindən bıçaq xəsarəti yetirdiyi üçün Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 26-sı saat 23:30 radələrində, S.Əhmədov küçəsində Rauf Sadıqov mübahisə zəminində Amal Bağırlıya döş qəfəsindən bıçaq xəsarəti yetirdiyi üçün Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 26-sı saat 13 radələrində, A.Nemətulla küçəsində Şamil Əliyev Aygün Abdinovanın boynundan qızıl boyunbağısını qırıb qaçdığına görə Bakı şəhər BPİ CAİ və Nərimanov RPİ CAŞ-ın əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 26-sı saat 08-dən 10-dək olan müddətdə, M.Əliyev küçəsində yaşayan Novruz Novruzovun evindən açıq qapıdan keçməklə velosiped və içərisində 200 avro, 300 dollar, 200 manat və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən Sərhad Nəsirli Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanmışdır.

İyulun 26-sı saat 17 radələrində, 96 saylı xətt avtobusunda Gəncə şəhər sakini Rafiq Məmmədtağıyev Bakı şəhər sakini Qara Məmmədovun cibindən 550 manat pulunu oğurlamaqda şübhəli bilinərək DİN ÇPA-nın əməkdaşları tərəfindən saxlanaraq aidiyyatı üzrə Yasamal RPİ 28-ci PB-yə təhvil verilmişdir.

İyulun 25-i saat 17 radələrində, Ələt qəsəbəsində yerləşən otlaq sahəsindən qəsəbə sakinləri Vidadi Hüseynova məxsus 2 baş, Eynulla Ağayevə məxsus 3 baş və Babasoltan Orucova məxsus 1 baş iribuynuzlu heyvan oğurlayanlar, əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini Bəxtiyar Ələsgərov və Sahil qəsəbə sakini Arzu Xankişiyev iyulun 26-da Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşlar. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, onlar iyulun 25-də Ələt qəsəbə sakinləri Mətləb Bağıyevə məxsus 1 baş, Hacıəli Gözəlova məxsus 1 baş, Məmməd Qurbanova məxsus 3 baş, Çingiz Qurbanova məxsus 1 baş və Hüseyn Məlikova məxsus 2 baş iribuynuzlu heyvan oğurlamışlar.

Xətai RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şikar Aslanov tutulmuşdur.