İki yaşlı qız bir milyon dollar qazandı

iki-yasli-qiz-bir-milyon-dollar-qazandi-
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “The New York Daily News” qəzeti yayıb. Xoşbəxtlik gətirən loteraya biletini Afşin Əhsanın 2 yaşlı qızı Anaya seçib.

34 yaşlı pakistanlı qadın loteraya biletini Nyu-Yorkun Bruklin rayonunda mağazalardan birində alıb. Uşaq əlini uzadıb həmin biletlərdən birini çəkib, anası da qızının bu seçiminə etiraz etməyib.

Afşin onlara uduş qazandıran loterayaya görə 2031-ci ilədək hər il 31 152 dollar alacaq.