İkigünlük tətil başlayır

ikigunluk-tetil-baslayir
Oxunma sayı: 645

“Qafqazinfo”nun BBC-yə istinadən verdiyi məlumata görə, tətildə həm dövlət qulluqçuları, həm də özəl sektorun nümayəndələri iştirak edəcəklər.
Aksiya ölkə iqtisadiyyatına hökumətin tətbiq etdiyi sərt tədbirlərə etiraz olaraq keçirilir.
Bu gün və sabah ölkənin nəqliyyat sistemi tamamilə iflic olacağı gözlənilir. Etiraz aksiyasının aeroportların və dəmir yol vağzallarının işinin dayandırmasına gətirib çıxaracağı ehtimal edilir. Bundan başqa, yük maşınlarının və taksi sürücülərinin də tətilə qoşulacağı xəbər verilir.
Dövlət idarələri və özəl şirkətlərin ofislərinin bağlanacağı bildirlir. Əvvəllər ölkədə etiraz aksiyalarına xüsusi maraq göstərməyən kiçik müəssisələrin sahiblərinin tətil qərarını dəstəklədikləri xəbər verilir.
Bu gün Yunanıstan parlamentinin yaxınlığında nümayişlərin keçirlməsi də nəzərdə tutulub.