Bıkov özünə gəldi

bikov-ozune-geldi
Oxunma sayı: 1224

Rusiyalı yazıçı Dmitri Bıkovun şüuru bərpa olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Yeni qəzet”in mətbuat katibi Nadejda Prusenkova məlumat verib: “Özünə gəldi. Dinamika müsbətdir”.

Xatırladaq ki, Dmitri Bıkovun aprelin 16-da təyyarədə vəziyyəti pisləşib. O, əvvəlcə Ufada, daha sonra isə Moskvada xəstəxanaya yerləşdirilib. Bıkova beyin infarktı diaqnozu qoyulsa da, ədəbiyyatçının xanımı İrina Lukyanova faktı inkar etmişdi.