Bıkova qoyulan diaqnoz təsdiqlənməyib

bikova-qoyulan-diaqnoz-tesdiqlenmeyib
Oxunma sayı: 1098

Rusiyalı yazıçı-şair Dmitri Bıkova qoyulan beyin infarktı diaqnozu təsdiqlənməyib.

“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı İrina Lukyanova məlumat verib.

O bildirib ki, hazırda Bıkovun vəziyyəti nisbətən yaxşıdır:

“Böyük dəyişiklik olmasa da, müsbət irəliləyiş var. Həkim deyir ki, vəziyyəti sabitdir”.

Qeyd edək ki, aprelin 16-da Ufaya uçan D. Bıkovun səhhəti təyyarədə qəflətən pisləşib. O, bir gün sonra Ufada xəstəxanaya yeləşdirilib. Lakin həkimlər onun Moskvaya göndərilməsinə qərar veriblər.