Bilal yayılan videosundan danışdı - Açıqlama

bilal-yayilan-videosundan-danisdi
Oxunma sayı: 767

“Qoy təqnid etsinlər, özləri bilərlər. Tənqid də insan üçün yaranıb. Mən kimlərin paxıl olduğunu bilirəm”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Bilal Əliyev deyib. 

Müğənni sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib. 

B. Əliyev deyib ki, o, 7 dəfə İngiltərədə dil kursuna gedib:

“Girib səhifələrə baxacam. Görüm insanlar mənim haqqımda nə yazıb? Pis insanları tanıyaram, onlarla gəşəng mübarizə apararam. Çox əla mübarizə aparıram. Onların hünərlərini görəcəm. Ağıllı insan mənim haqqımda pis yazsa, mübarizə etməyə məcbur olacaq. Qarşımda məğlub olacaq.  

Amma nəzərinizə çatdırım ki, 7 dəfə İngiltərəyə getmişəm. Orada kurs keçmişəm.  İngilis dilini yaxşı bilirəm. Boş yerə bu qədər pul xərcləyib dil öyrənməmişik ki? Mənim ingilis dilində 4 mahnım var, ifa da etmişəm".