Biləsuvarda 7 yaşlı qız açar udub

bilesuvarda-7-yasli-qiz-acar-udub
Oxunma sayı: 1145

Biləsuvarda nəzarətsiz qalan 7 yaşlı qız açar udub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini Şəfanə Ramil qızı Əmənli ailə üzvlərinin nəzarətindən yayınaraq qapının açarını udub. Yaxınları onu xəstəxanaya çatdırıb.
 
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Əmənli əvvəlcə burada müayinə olunub. Lazımi tədbirlər görüldükdən sonra isə Bakıya göndərilib.