Biləsuvarda çökən körpü ilə bağlı - Yeni xəbər

Biləsuvarda çökən körpü ilə bağlı
Oxunma sayı: 66

“Körpünün bərpasına başlanılıb. Alternativ yol çəkilib, hazırda sürücülərin istifadəsindədir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “Azəravtoyol” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün yaxınlığında əsas magistraldan keçən körpünün çökməsinə xəbərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə,  körpünün  tez zamanda istifadəyə verilməsinə çalışılacaq: “ Körpü sökülüb, betonlar yeniləri ilə əvəzlənəcək. Həmin körpü 1973-cü ildən istismardadır. O vaxt həmin körpülər tikiləndə ağır tonnajlı yük maşınları üçün hesablanmayıb. Ona görə də intensiv hərəkət zamanı belə körpülərdə problemlər ortaya çıxır”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi