Bu dəqiqələrdə Biləsuvarda ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, "Lada Priora" və "Vaz 21 015" maşınlarının toqquşması nəticəsində 2 nəfər həlak olub.
Həlak olanlar rayonun İsmətli kənd sakinləridir.
Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.
***
Qəza zamanı ölən şəxslərin kimliyi müəyyən edilib. Onlar Tağıyeva Şükufə və Hüseynova Güllübəyimdir. Avtomobillərdə olan digər 4 nəfər isə yaralanıb. Vəziyyəti ağır olan bir nəfər müalicə almaq üçün Bakıya göndərilib.
***
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, yaralılardan 1 nəfər bədənin və sifətin çoxsaylı travmaları ilə KTM-ə göndərilib.
Bir kişi və bir qadının xəstəxanada müalicələri davam etdirilir. Hər ikisində sol aşağı ətrafın sınığı, oğlanda əlavə olaraq qarın boşluğunda su yığılması müşahidə edilib.
1 nəfər kişi xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb.