Biləsuvarda dəhşətli qəza - 2 qadın öldü + Foto

bilesuvarda-dehsetli-qeza
Oxunma sayı: 7552

Bu dəqiqələrdə Biləsuvarda ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, "Lada Priora" və "Vaz 21 015" maşınlarının toqquşması nəticəsində 2 nəfər həlak olub. 

Həlak olanlar rayonun İsmətli kənd sakinləridir.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.

***

Qəza zamanı ölən şəxslərin kimliyi müəyyən edilib. Onlar Tağıyeva Şükufə və Hüseynova Güllübəyimdir. Avtomobillərdə olan digər 4 nəfər isə yaralanıb. Vəziyyəti ağır olan bir nəfər müalicə almaq üçün Bakıya göndərilib.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, yaralılardan 1 nəfər bədənin və sifətin çoxsaylı travmaları ilə KTM-ə göndərilib. 
Bir kişi və bir qadının xəstəxanada müalicələri davam etdirilir. Hər ikisində sol aşağı ətrafın sınığı, oğlanda əlavə olaraq qarın boşluğunda su yığılması müşahidə edilib. 

1 nəfər kişi xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb.