Biləsuvarda dəhşətli qəza - 4 ölü, 2 yaralı + Yenilənib

bilesuvarda-dehsetli-qeza
Oxunma sayı: 5959

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən qəza baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Biləsuvarda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Qəza nəticəsində mikroavtobusun sürücüsü Səlim, sərnişinlərdən 20 yaşlı Cavidan Yaqubov vəfat edib. Onlar Yardımlı rayonun Kürəkçi kənd sakinləridir. C.Yaqubov Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsidir, hərbi xidmətlə bağlı çağırış gəldiyinə görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.

***

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır və müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilib:

“1991-ci il təvəllüdlü Yardımlı rayon Kürəkçi kənd sakini Hümmətov Şiraz Musa oğlu və 1998-ci il təvəllüdlü Yardımlı rayon Osnəkəran kənd sakini Mehdizadə Çinarə Mehdi qızı ağır kəllə-beyin travması ilə xəstəxanaya gətirilmişdi. İkisinin də vəziyyəti kritik idi, ilkin müdaxilələrlə stabilləşdirdik. Hazırda müalicələrinin davamı üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib”.

Günel Hacı

Murad Əhməd