Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü

bilesuvarda-guclu-yangin
Oxunma sayı: 1861

Bu gün Biləsuvar rayonunun Zəhmətabad kəndində güclü yanğın baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, saat 20:09-da kənd sakini, 1968-ci il təvəllüdlü Həsən Bayram oğlu Kazımova məxsus ümumsi sahəsi 60 kv.metr olan, bir mərtəbəli 2 otaqlı evin 12 kv.metrlik otağında yanğın baş verib. 

Hadisə nəticəsində evdə tək yaşayan H. Kazımov yanaraq dünyasını dəyişib.

Evin digər hissəsinin yanmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.