Biləsuvarda körpü çöküb - Cənuba gediş çətinləşdi + Fotolar

Biləsuvarda körpü çöküb
Oxunma sayı: 41

Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün yaxınlığında əsas magistraldan keçən körpü çöküb.

“Qafqazinfo” xəbər verir ki, körpüyə giriş bağlanıb, onun yanında yardımçı yol açılıb. 

Bakıdan Astara istiqamətində körpüyə girişdə YPX dayanıb.

Hər iki tərəf girişdə isə giriş qadağandır, tikinti gedir və müvafiq olaraq sağa və sola yönəltmə nişanları qurulub.

Körpünün çökməsi nəticəsində  artıq iki gündür ki, cənub rayonlarına gediş çətinləşib. 

Ərazidə hazırda tikinti-bərpa işləri aparılmır.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi