Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu - Yenilənib

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu
Oxunma sayı: 2789

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.
 
Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.
 
Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.
 
Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.
 
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi