Biləsuvarda mikroavtobus aşdı - 22 nəfər yaralandı+ Yenilənib

bilesuvarda-mikroavtobus-asdi
Oxunma sayı: 4248

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış. 

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Report”un Aran bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.