Biləsuvarda növbəti qəza - 1 nəfər həlak oldu

bilesuvarda-novbeti-qeza
Oxunma sayı: 1231

Biləsuvar rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında olub.

Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində Biləsuvar şəhər sakini 1955-ci il təvəllüdlü Səttar Qasımovovun idarə etdiyi VAZ 2107 markalı 90 NB 227 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn Mersedes  “DAF” markalı 90 KB 373 dövlət nömrə nişanlı  yük avtomobilinin yoluna çıxıb.

Hər iki maşının toqquşması nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü S.Qasımov rayon Mərkəzi xəstəxanasına yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd