Bir gecədə 6 cinayət törətdilər

Bir gecədə 6 cinayət törətdilər
Oxunma sayı: 1314

Biləsuvar rayonunda oğurluq edən dəstə saxlanılıb.

“Qafqazinfo”ya DİN Mətbuat xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə rayonun Nəsimi kəndindəki mağazaların birindən pəncərədən girmək yolu ilə pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər.  

Araşdırmalarla onların həmin gecə daha 2 mağazadan ərzaq məhsulları və kosmetik əşyalar oğurlaması, yolun kənarında saxlanılan “VAZ-2106” markalı avtomobili qaçırmaları, yanacağı qurtardıqdan onu yolda tərk etmələri, bu üsulla daha 2 “VAZ” markalı avtomobilləri qaçırmaları və ayrı-ayrı ərazilərdə yolda nəzarətsiz qoyaraq getmələri, həmçinin yol kənarında saxlanılmış daha 2 “VAZ” markalı avtomobilin arxa şüşələrini sındıraraq oğurluğa cəhd etmələri də müəyyən edilib.

Həmin avtomobillərin rayon sakinləri Cavid İbadova,  Kəlbi Fərhadova və Famil Əsgərova məxsus olduqları müəyyənləşdirilib. Oğurlanmış əşyalar və avtomobillər polis əməkdaşları tərəfindən aşkar edilərək sahiblərinə qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi