Biləsuvarda qısqanclıq cinayətə səbəb oldu

bilesuvarda-qisqancliq-cinayete-sebeb-oldu
Oxunma sayı: 655

Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Ovçubərə kənd sakini 37 yaşlı Nazim Mikayılov ov tüfəngindən atəş açaraq, 41 yaşlı Səttar Həşimovu güllələyib. Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs isə tutulub. Ondan 1 ədəd müvafiq sənədləri olmayan tüfəng götürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

İşi araşdıran Biləsuvar rayon Polis Şöbəsinin müstəntiqi Tahir Şahbazov Milli.Az xəbər portalına hadisə ilə bağlı açıqlama vermək istəmədi. O, bunu telefon vasitəsilə ona zəng edən şəxsin jurnalist olub-olmamasını bilməməsi ilə əsaslandırdı.