Biləsuvarda qonşu qonşunu bıçaqladı

bilesuvarda-qonsu-qonsunu-bicaqladi
Oxunma sayı: 1146

Biləsuvarda qonşu qonşunu bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, insident şəhər sakinləri – Aftandil Qəhrəmanlı və Laçın Əliyev arasında yaşanıb. Qonşuların davası sonuncunun bıçaqlanması ilə nəticələnib.

Bir neçə bıçaq xəsarətləri alan L. Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, yaralının həyatı üçün təhlükə yoxdur.