Biləsuvarda yük maşını aşdı - 16 yaralı

bilesuvarda-yuk-masini-asdi-16-yarali
Oxunma sayı: 770

Lent.az-ın məlumatına görə, rayon ərazisində “Qaz 53” markalı yük maşını aşıb. Maşının kuzasında olan 14 nəfər, eləcə də kabinadakı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.


Məlumata görə, qəzaya düşən şəxslər əkin sahəsindən gələn 2 ailənin üzvləri olub. Faktla əlaqədar araşdırmalar aparılır.