Biləsuvarın Təzəkəndinə təbii qaz verilib

bilesuvarin-tezekendine-tebii-qaz-verilib
Oxunma sayı: 636

ARDNŞ-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin, Biləsuvar rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bildirilib ki, 300 abonenti olan Təzəkənd kəndinin qazlaşdırılması məqsədilə 5500 metr uzunluğunda polietilen və 3800 metr uzunluğunda metal borularla daşıyıcı və küçə xətləri çəkilib, 70 ədəd sayğac quraşdırılıb. Növbəti aylarda kəndin qazlaşdırılması proqramının ikinci mərhələsi başa çatdırılacaq və bununla da Təzəkənd kəndinin bütün sakinləri təbii qazla təmin olunacaq.

Nigar Məmmədli