Biletlər sabahdan satışda

biletler-sabahdan-satisda-
Oxunma sayı: 634

Bu barədə “Qafqazinfo”ya “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

G. Abbaszadə biletlərin sabah satışa çıxarılacağını bildirməklə yanaşı, onun qiymətinin 2,50 manat olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Biletlərin qiyməti tam təsdiqlənməyib. Qiymət ilə bağlı yayılan məlumatlar rəsmi deyil. Ancaq təxminən qiymətlər “İnter”lə oyundakı kimi olacaq”.

Mətbuat xidmətinin rəhbəri “Rubin”in 400 bilet sifariş etdiyini də deyib: “Rubin 400 biletin ayrılması üçün müraciət edib. Bunlardan 200-ü I kateqoriyalı, qalan 200-ü isə adi azarkeş biletləridir. Yəni rəqib komandanı bu oyunda 200 azarkeş dəstəkləyəcək. Ancaq rəqib komanda özü də bildirib ki, ola bilsin bu biletlərin hamısı satılmasın”.
Gündüz Abbaszadə “Rubin” ilə bərabər gələcək jurnalist heyətinin 22 nəfərdən ibarət olduğunu da qeyd edib.

Sevinc