Bilgəhdə batmaqda olan əcnəbi turist xilas edildi

bilgehde-batmaqda-olan-ecnebi-turist-xilas-edildi
Oxunma sayı: 1400

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bilgəhdə batma təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.​

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, batmaq üzrə olan şəxs xarici ölkə vətəndaşı olub.

Həmin şəxs nəzarətsiz ərazidə çimirmiş.