İlham Əliyev ABŞ-da mühüm görüşlərə başladı

ilham-eliyev-abs-da-muhum-goruslere-basladi-
Oxunma sayı: 628


Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gedib. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın dövlət başçısının şərəfinə Çikaqo şəhərinin “O Hare” Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşılayıblar.

NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı həmçinin Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirildi, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.