İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini qəbul edib

ilham-eliyev-abs-dovlet-katibinin-birinci-muavini-qebul-edib
Oxunma sayı: 640

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə,
görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində qlobal layihələr və təşəbbüslərlə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edilib.