İlham Əliyev Bayılda olub - Fotosessiya

ilham-eliyev-bayilda-olub-fotosessiya
Oxunma sayı: 643

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar. “Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verilib. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirilib. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaq.

Dövlət başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verildi. İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər barədə Prezidentə məlumat verildi.

Dövlət başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi.