İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi

ilham-eliyev-davosda-bir-sira-gorusler-kecirdi
Oxunma sayı: 637

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı firkir mübadiləsi aparılıb.

Bundan əlavə, Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşüb.

Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparılıb.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd edib ki, Azərbaycanın bu inkişafı dünyanın və Avropanın bir sıra nüfuzlu və böyük şirkətlərinin ölkəmizə marağını daha da artırır.

Görüşdə gələcəkdə yeni layihələr üzərində işləməyin əhəmiyyətini vurğulayıblar.