İlham Əliyev Ərdoğana məktub göndərdi

ilham-eliyev-erdogana-mektub-gonderdi
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, prezident məktubda baş nazirin qələbəsi münasibətilə təbrik edib: “Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz illər ərzində gördüyünüz işlərin nəticəsi, xalq tərəfindən fəaliyyətinizə verilən yüksək qiymətdir”.

Məktubda Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklər üzərində qurulduğu və strateji tərəfdaşlıq münasibətləri olduğu vurğulanıb: “Bu çoxşaxəli münasibətlər siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə ildən-ilə daha da güclənir və inkişaf edir. Beynəlxalq aləmdə ölkələrimizin daim bir-birini dəstəkləməsi mühüm əhəmiyyət daşıyır və böyük məmnunluq doğurur. İnanıram ki, Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcək. Fürsətdən istifadə edərək, gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzərdən keçirərək daha da inkişaf etdirmək üçün Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm”.

Nərgiz Ehlamqızı